`Qarabağ` bu gün tarix yaza bilər


13:24     25 İyul 2017 20246075_2008507139372382_2034257161451421071_n.jpg

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirəcək.


Femida.az xəbər verir ki, təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək.

Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan “Qarabağ”ın “Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə müsbət nəticə əldə etməsi vacibdir.

Femida.az

Açar sözlər:

Oxunub: 2158